Post Patrul avtomobili “VAZ 2109”la toqquşdu - Polis əməkdaşları yaralanıb

Qəzalar 24 Fevral 2018 13:01 Oxunub 800
Post Patrul avtomobili “VAZ 2109”la toqquşdu - Polis əməkdaşları yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb. Ağsu rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin “Fiat Double” markalı xidməti avtomobili qarşı tərəfdən gələn “VAZ 2109” markalı avtomobillə toqquşub. Hadisə zamanı post patrul bölməsinin əməkdaşları, polis serjantları - Ağsu rayonu Qaraqaşlı kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eyvaz İslah oğlu və Ağsu şəhəri 8-ci məhəllənin sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Fərid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh