İndi sənəd vermək üçün polis vətəndaşın yanına gedir - FOTO

Yol polisi 24 Fevral 2018 23:35 Oxunub 1290
İndi sənəd vermək üçün polis vətəndaşın yanına gedir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd vətəndaş məmnunluğunun təmin olunmasıdır

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş belə sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müxtəlif səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar kəndlərin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Xaçmaz Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Xaçmaz rayonunun Qaraçı kəndində baş tutan tədbir zamanı 65 vətəndaşın sənədləri qəbul edilib. Cari ilin əvvəlindən keçirilən səyyar xidmətlər nəticəsində Xaçmaz rayonunun 12 müxtəlif kəndində sakinlərə ümumilikdə 750 yeni vəsiqələri təqdim olunub. Bu sahədə müvafiq tədbirlər Siyəzən Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilir. 2018-ci ilin ilk iki ayı ərzində 64 vətəndaşın sənədləri yenilənib.

Şəxsiyyət vəsiqələrini alanlar arasında azyaşlılar və ilk dəfə belə sənədlə təmin edilənlər də olub.

Belə tədbirlər digər kəndlərdə də davam etdiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh