Bakıdakı 650 minlik avtomobillərin sahibi bilindi - FOTOLAR

Avtosfer Foto 24 Fevral 2018 23:38 Oxunub 6728
Bakıdakı 650 minlik avtomobillərin sahibi bilindi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib

Bu gün iqtisdaçı alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes–Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. "Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir... Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır" - deyə iqtisadçı yazır.

Avtosfer.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur. Bu cür bahalı avtomobillərin kolleksiyasına sahib olan Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib. Atası mətbuata açıqlamasında oğlunun bahalı avtomobilləri ilə bağlı belə reaksiya vermişdi: "Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”.

Həmin avtomobillərdən bəzilərin şəkillərini təqdim edirik.

Onu da əlavə edək ki, "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobillərin sayı Azərbaycanda onlarladır. Hətta instagramda bununla bağlı xüsusi səhifə də mövcuddur. O avtomobillərin də şəkillərindən bəzilərini təqdim edirik.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh