Uşaq yolda ölümdən belə döndü - Nişanlar düz deyil - ŞOK VİDEO

Yazarlar 26 Fevral 2018 10:25 Oxunub 2119
Uşaq yolda ölümdən belə döndü - Nişanlar düz deyil - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol nişanlarının bu cür qurulması kobud və təhlükəli səhvdir

Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yol hərəkətinin təşkilində olan səhv sürücüləri çaşdırır və qəzalara yol açır. Avtosfer.az xəbər verir ki, qeyd olunan küçədə piyada zolağı (1.14.1 nişanlanması) 1.20 xəbərdarlıq nişanı ilə birgə tətbiq edilib. Xəbərdarlıq nişanı yaşayış məntəqələrində təhlükəli sahələrin başlanğıcından 50-100 metr aralıda quraşdırılmalıdır. Lakin bu fotodan aydın şəkildə görünür ki, 1.20 nişanı piyada zolağının düz qarşısında quraşdırılıb. Bu isə kobud və təhlükəli səhvdir. Bu nişanın yerində 5.16.2 və yolun solunda isə 5.16.1 nişanları olmalı idi. Lakin  piyada keçidini bildirən 5.16.2 nişanı piyada zolağından sonra quraşdırılıb. 

Hərəkətin təşkilində olan səhv piyadaların və sürücülərin həyatına təhlükə yaradır. Buna misal olaraq qeyd edirik ki, fevralın 23-də Masazır qəsəbə sakini avtomobillə həmin yolda hərəkətdə olarkən yol nəqliyyat hadisəsindən son anda yayına bilib. Nişanı təyinatına uyğun quraşdırmadıqlarına görə təhlükəli vəziyyət yaranıb. Həmin görüntülər avtomobildəki videoqeydiyyatçıya qeyd olunub.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh