Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb

Qəzalar 25 Fevral 2018 01:08 Oxunub 790
Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçıb

Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib. Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb. Yaralı dərhal TTYX-ya çatdırılıb. Müayinə edilən şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh