Salyanda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Qəzalar 25 Fevral 2018 01:19 Oxunub 862
Salyanda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ford” markalı avtomobillə “Mersedes” toqquşub

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələr-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Samir Mərdan oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Salyanın Sarvan kənd sakini, 1969-cu il təvəllüdlü Gözəlov Samid Gülhüseyn oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh