Yeni pullu yolun sürücülərə nə faydası olacaq? - Ödənişli yolun üstünlükləri

Yazarlar 25 Fevral 2018 20:46 Oxunub 3551
Yeni pullu yolun sürücülərə nə faydası olacaq? - Ödənişli yolun üstünlükləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Beynəlxalq sərnişin və yükdaşıma xidmətləri bu yoldan istifadə etdikcə Azərbaycana pul ödəyəcəklər”

Bildiyiniz kimi, Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Bəs köhnə yol alternativ olaraq qalacaqmı? Yeni yolun salınması sürücülərə hansı faydaları verəcək? Sfera.az bununla bağlı yol qaydaları üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib. Elməddin Muradlı yolun sürücülər və sərnişinlər üçün bir çox problemi aradan qaldıracağını deyib:  "Bu yol təbii ki, çox rahat yol olacaq. Sərnişinlər və sürücülərin mənzil başına daha tez çatmalarına səbəb olacaq. Həm təhlükəsiz, həm də rahat olmaqla yanaşı tıxac probleminin də aradan qalxmasına gətirib çıxaracaq. Amma təbii ki, bununla yanaşı pulsuz alternativ bir yol da olmalıdır. Yəqin ki, köhnə yol alternativ yol kimi pulsuz istifadədə saxlanılacaq".

Ekspertin sözlərinə görə, yeni yol ölkə iqtisadiyyatına da töhvə verəcək: "Bu yol həm də iqtisadi baxımdan faydalıdır, ölkəyə gəlir gətirə bilər. Bu yoldan yəqin ki, təkcə Azərbaycan vətəndaşları istifadə etməyəcək. Xarici vətəndaşların da istifadəsinə açıq olduğu üçün iqtisadi gəlirə təsir edəcək. Beynəlxalq sərnişin və yükdaşıma xidmətləri bu yoldan istifadə etdikcə Azərbaycana pul ödəyəcəklər”.

 Qeyd edək ki, haqqında bəhs edilən yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh