Bu yol piyadaların qorxulu yuxusuna çevrilib - VİDEO

Xəbərlər 26 Fevral 2018 00:34 Oxunub 3905
Bu yol piyadaların qorxulu yuxusuna çevrilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin yolda tez-tez piyada vurulması halları da olur

Abşeron rayonunun Digah qəsəbəsində əsas magistral yol əsl təhlükə mənbəyinə çevrilib. Avtosfer.az xəbər verir ki, qəsəbənin içindən keçən, hətta qarşısında tam orta məktəb olan yolda, avtomobillər üçün təhlükəsizliyə dair bütün işarələrin qoyulmasına baxmayaraq, sürücülər buna məhəl qoymurlar. Hətta həmin yolda tez-tez piyada vurulması halları da olur.

Bir neçə gün bundan öncə həmin yolda, Digah qəsəbə tam orta məktəbin 5-ci sinif şagirdi 11 yaşlı Firuzə İsgəndərovanın yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət alması, sakinləri əməlli başlı qorxuya salıb. Onların sözlərinə görə, hətta qəsəbə daxili yolda vəziyyət o yerə çatıb ki, son 6 ayda piyada vurulması ilə nəticələnən 7 yol nəqliyyat hadisəsi olub ki, nəticədə iki nəfər dünyasını dəyişib.

Yolda sürücülərin yüksək sürətlə avtomobilləri idarə etməsi, şagirdlər üçün böyük təhlükəyə çevrilib. Məktəblilər həmin yolda radarların quraşdırılmasını istəyirlər.

Qəsəbə sakinləri tezliklə yolda təhlükəsizlik tədbirlərinin gücləndirləcəyini gözləyirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, günü sabah ərazi üzrə Abşeron rayon dövlət yol polis şöbəsinin əməkdaşları sözügedən yolda nəzarəti gücləndirəcək. Bundan başqa ehtiyac olarsa sürət həddini müəyyən etmək üçün həmin yolda xüsusi texniki vasitlər, yəni radarlar quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh