Naxçıvan Bakı-Tblisi-Qars dəmiryolu xəttinə birləşdiriləcək

Yeniliklər 2 Yanvar 2015 21:44 Oxunub 1396
Naxçıvan Bakı-Tblisi-Qars dəmiryolu xəttinə birləşdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq. Avtosfer.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bunu Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib. O bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Bu ilin sonuna yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh