Marsa nə vaxt insan ayağı dəyəcək? - AÇIQLAMA

Texnologiya 26 Fevral 2018 18:27 Oxunub 1351
Marsa nə vaxt insan ayağı dəyəcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hesab edirəm ki, 2030-cu illərin sonlarında İnsanlar Marsa gedə biləcək”

Britaniyalı astronavt Tim Pik Marsa insan ayağının nə vaxt dəyəcəyini açıqlayıb. Lent.az-ın verdiyi xəbərə görə, T. Pik bildirib ki, Yer sakinləri 20 il sonra Mars səthinə enəcəklər. 

Astronavt bildirib ki, “Falcon Heavy” raketinin “SpaceX” tərəfindən uğurlu buraxılışı çox ruhlandırıcı hadisədir: “Hesab edirəm ki, 2030-cu illərin sonlarında İnsanlar Marsa gedə biləcək”.

Dövlətlərin kosmik idarələrinin və Kosmosun tədqiqatı üzrə beynəlxalq qrupun bu istiqamətdə çalışdığını nəzərə çatdıran T. Pik qeyd edib ki, İlon Maskın təşəbbüsləri kimi kommersiya layihələri bu hadisəni yaxınlaşdıra bilər.

Xatırladaq ki, NASA Marsa uçuş üzrə namizədlərin seçimini başa çatdırıb. Bu məqsədlə 12 nəfər seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh