Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərə hökm oxunub

Qaydalar 26 Fevral 2018 13:13 Oxunub 1571
Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən, Vüsal Abdullayev 10 il, Rəşad Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, V.Abdullayev 10 il, R. Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R. Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova və daha iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh