Bir avtobus 5 saniyədə 2 kobud qayda pozuntusu edə bilərmi? – VİDEO
Avtoreyd 26 Fevral 2018 14:01 874 dəfə oxunub
Bir avtobus 5 saniyədə 2 kobud qayda pozuntusu edə bilərmi? – VİDEO
Bakıda insanların həyatını heçə sayan avtobus sürücüsü hələ də var

Aparılan ciddi mübarizəyə baxmayaraq Bakıda insanların həyatını heçə sayan avtobus sürücüsü hələ də var və belələrinə ara-sıra rast gəlinir. Avtosfer.az xəbər verir ki, jurnalist Mahir Məmmədli bu dəfə 39 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsünün kobud qayda pozuntularının videosunu paylaşıb. Bildirib ki, bu gün Məhəmməd Xiyabani-Şərifzadə kəsişməsində 39 nömrəli avtobus 5 saniyədə iki dəfə kobud qayda pozuntusuna yol verib. Videodan da göründüyü kimi, sürücü avtobusu qarşı yola çıxarmaqla yanaşı, svetoforun qırmızı işığında da hərəkət edir. Həmin avtobusun tanınma nişanı 44015-dir.

 

Emin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh