Formula-1 yarışları üzrə Vyetnam Qran-Prisi 2020-ci ildə keçirilə bilər

Yarışma 26 Fevral 2018 15:46 Oxunub 1421
Formula-1 yarışları üzrə Vyetnam Qran-Prisi 2020-ci ildə keçirilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onlar razılığa gəlibsə, bu yürüş ən tez iki ildən sonra baş tuta bilər”

Xəbər verdiyimiz kimi “Liberty Media” Vyetnam paytaxtında yürüş keçirilməsi layihəsini sona çatdırmaq əzmindədirlər. German Tilke gələcək küçə trasının mümkün variantlarını hazırlamaq məqsədilə Hanoyun bir neçə rayonunu müayinə edib. Azərtac F1News.ru saytına istinadla xəbər verir ki, Formula-1 yarışlarının menecmentinin keçmiş rəhbəri Berni Ekklstounun fikrincə, Vyetnam Qran-Prisi 2020-ci il çempionatının təqviminə daxil edilə bilər. B.Ekklstoun bu barədə Londonda qarşıdakı mövsümlə əlaqədar müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə jurnalistlərə məlumat verib. O bildirib ki, Vyetnam hökuməti bu ölkəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün sanballı sərmayə qoymağa hazırdır. O deyib: “Mənim bildiyimə görə kontrakt hələ imzalanmayıb. Lakin onlar razılığa gəlibsə, bu yürüş ən tez iki ildən sonra baş tuta bilər”. Formula-1 yarışlarının yeni ev sahibləri Tailand hökuməti ilə də danışıqlar aparıblar. Hərçənd, bu danışıqlar heç bir nəticə verməyib. Bundan əlavə, Çində ikinci yürüşün keçirilməsi üçün imkan axtarılır, lakin bu mərhələnin Vyetnamda təşkil edilməsi daha real görünür, çünki dünya çempionatının qlobal sponsoru olan Hollandiyanın Heineken pivəbişirmə nəhəngi bu ölkəyə maraq göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh