Yolda hərəkət səhv təşkil edilib - Sürücüləri 40 manat cərimə gözləyir - FOTO

Yazarlar 28 Fevral 2018 11:07 Oxunub 2131
Yolda hərəkət səhv təşkil edilib - Sürücüləri 40 manat cərimə gözləyir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxşı olardı ki, həmin zolaqdan düzünə hərəkət də təşkil etsinlər

Paytaxtda yol hərəkətinin təşkilində olan səhv sürücülərin cərimələnməsi və hüquqlarının pozulması ilə nəticələnir. Bu barədə redaksiyamıza bir neçə sürücü öz şikayətini bildirib. Avtosfer.az xəbər verir ki, Mətbuat prospektində (Şərifzadə küçəsi ilə kəsişmədə) yerə çəkilmiş 1.18 nişanlanma xətləri təkrarlanmadığı üçün sürücülər vaxtında onu görə bilmir. Bu qanunsuzluqdan istifadə edən bəzi YPX əməkdaşları isə sürücüləri saxlayaraq onlara cərimə yazır. 

Qanunvericilikdə göstərilib ki, 1.18 nişanlanması yolayrıcına kimi bir neçə dəfə təkrarlanmalıdır. Amma burada nəinki təkrarlanıb, hətta həmin nişanlanma xətti silinmək üzrədir. Qeyd etdiyimiz yolun sol zolağında yalnız sola hərəkət təşkil olunub. Yaxşı olardı ki, həmin zolaqdan düzünə hərəkəti də təşkil etsinlər.

Qeyd edək ki, Bakıda hərəkətin bu cür yalnış təşkil olunduğu küçələr çoxdur. Rəşid Behbudov küçəsində də belə çatışmazlıqlar mövcuddur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh