Bakıda deputat oğlu qəza törətdi, gənc qız öldü – FOTO

Avtosfer Foto 27 Fevral 2018 10:22 Oxunub 4595
Bakıda deputat oğlu qəza törətdi, gənc qız öldü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı hələlik adı açıqlanmayan qız dünyasını dəyişib

Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Əhmədlidə, "Bazarstore"nin yanında 4 maşın toqquşub. Hadisə zamanı hələlik adı açıqlanmayan qız dünyasını dəyişib. Hadisə yerində olan sakinlər iddia edirlər ki, qəzanı Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlu törədib. Bildirilir ki, o, 4 maşını vurub, qız da həmin vaxt dünyasını dəyişib. Tez maşının nömrəsini açılıb və oğlan hadisə yerindən başqa maşınla uzaqlaşıb. Xətai rayon Polis İdarəsindən "criminal.az"a verillən məlumata görə, qəza zamanı 4 maşın toqquşub. İki ''Mercedes'', ''Opel'' və ''Range Rover'' markalı avtomobillər zəncirvari qəza törədib. ''Range Rover'' yoldan keçən xanım piyadanı vurub. yaralı xəstəxanaya yerləşdirilib. 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh