Bakıda uçan avtobus insanlara ŞOK yaşatdı - VİDEO

Xəbərlər 4 Yanvar 2015 00:34 Oxunub 4900
Bakıda uçan avtobus insanlara ŞOK yaşatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Sürücünü söydülər, amma yenə də öz bildiyini elədi»

Avtosfer.az-ın oxucusu Nəsimi Hacıyev saytımıza Bakıda avtobus sürücüsünün özbaşınalığını əks etdirən video göndərib. O bildirib ki, yanvarın 2-də, axşam saat 21:00 radələrində 90-ND-373 dövlət nömrə nişanlı, 207 saylı xətt üzrə hərəkət marşrut avtobusu yüksək sürətlə, təhlükəli manevrlər edərək sərnişinlərin həyatını təhlükəyə atıb: «Avtobusu yüksək sürətlə və telefonla danşıa-danışa idarə edib. Avtobusla Montin qəsəbəsi istiqamətində hərəkət edərkən körpünün altına yüksək sürətlə daxil olub. Sürət o qədяr yüksək idi ki, avtobus hətta yellənirdi. Harada gəldi tormoz verib sərnişinləri çalxalayırdı. Hətta sərnişinlər onu söydülər ki, belə etməsin. Amma sürücü yenə də öz bildiyini edirdi. Avtobusu vəhşi kimi idarə edirdi».

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh