Qaçırdığı avtomobildə nişanlısı ilə görüşdü - Bakıda

Avtoxəbər 27 Fevral 2018 13:56 Oxunub 2482
Qaçırdığı avtomobildə nişanlısı ilə görüşdü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta qızı təzə maşın aldığına da inandırıb

Binəqədi rayonunda qeyri-adi oğurluq faktı qeydı alınıb. Avtosfer.az femida.az-a istinadən xəbər verir ki, Ehtiram Vəliyev adlı şəxs polisə müraciət edərək bildirib ki, ona məxsus 99 PX 856 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobili oğurlanıb. Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar və avtomobil Azadlıq prospektində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan Xəyal Əliyev avtomobili qaçıraraq nişanlı olduğu qızı götürməyə gedib. Hətta qızı təzə maşın aldığına da inandırıb. 

Hazırda Binəqədi RPİ-də cinayət məcəlləsinin 185-ci (talama məqsədi olmadan nəqliyyat vasitələrini qaçırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh