“Niva” ilə avtoşluq edən sürücü kimdir? – Dayanmadan sağ-sol - VİDEO

Avtoreyd 28 Fevral 2018 11:52 Oxunub 2099
“Niva” ilə avtoşluq edən sürücü kimdir? – Dayanmadan sağ-sol - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Niva”lar ayda bir dəfə piyada vuran “Galendevagen”dən geri qalmır

Bakı küçələrində “Niva”nın “avtoş”luq etdiyi yeni video yayılıb. Çəkilmə tarixi bəlli olmasa da şəhərin mərkəzi hissəsində müxtəlif manevrlər edən avtomobil həm özünə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradır. Son illərdə paytaxtda papulyar olan “Niva” xüsusilə “papanın gül balalarının” sevimli avtomobilə çevrilib. Öz aralarında “brend” olaraq formalaşdırdıqları bu avomobillər adətən dağlıq və yolsuzluq üçün əlverişlidir. Xüsusilə avtomobilin “başına açılan oyunlardan” sonra istehsalçı zavodun belə çətinliklə markasını müəyyən edə biləcəyi bu avtomobillər həm konsruksiya dəyişikliklərinə, həm də bu cür kobud qayda pozuntularına görə təhlükə saçır. Təşəvvür edin ki, avtomobilin qabaq hissəsini tamamilə dəyişib uyğun olmayan təkərlər qoyulur və bununla “avtoş”luq edilir. Avtomobilin çəkişi ilə oxları üst-üstə düşmür. Nəticədə qəza vəziyyətinin yaranma riski artır. 

Ekspertlər hesab edir ki, bu cür hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər görülməlidir. Çünki “Niva”lar heç də azı ayda bir dəfə piyada vuran “Galendevagen”dən geri qalmır.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh