Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb

Qaydalar 27 Fevral 2018 22:47 Oxunub 1490
Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şəhərin 28 May küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus "Mercedes Vito" markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan "KİA" tərəfindən vurulub. Hadisəni törədən sürücü avtomobil ilə birgə ərazidən uzaqlaşıb. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olub.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh