Avtomobil ixracı azalıb

Avtobazar 3 Yanvar 2015 13:24 Oxunub 1519
Avtomobil ixracı azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gürcüstandan ölkəmizə 17 minə yaxın avtomobil gəlib

Gürcüstanın Statistika İdarəsi 2014-cü ilin yanvar-noyabr ərzində ölkədən Azərbaycana minik avtomobillərinin satışı ilə bağlı məlumat dərc edib. Anspress-in məlumatına görə, statistikaya əsasən, həmin dövrdə Azərbaycan Respublikasına 252,3 milyon dollar məbləğində 16,8 min gürcü avtomobili idxal olunub. Bu rəqəmlər Gürcüstandan Azərbaycana avtomobil ixracında əhəmiyyətli azalmanı göstərir. Belə ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə gəlirdə 31,8%, avtomobil həcmində isə 59,2% enmə müşahidə olunub. 2013-cü ilin yanvar-noyabr aylarında 369,82 milyon dollar məbləğində 41,16 min avtomobil idxal edilib. İxracın düşməsi Azərbaycanın Avro-4 ekoloji standarta keçməzi ilə izah olunur. Çünki, bu, iki ölkə arasında avtomobil ticarətində xarici nəqliyyat vasitələrinin idxalını kəskin məhdudlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh