Azərbaycanda dəhşətli qəza: 1 nəfər diri-diri yandı

Qəzalar 3 Yanvar 2015 13:26 Oxunub 1521
Azərbaycanda dəhşətli qəza: 1 nəfər diri-diri yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə olan sərnişinin meyitini xilasedicilər çıxara biliblər

Goranboy rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh