Alimlər araşdırdılar: İnsan ölərkən nələri düşünür?

Maraqlı 28 Fevral 2018 18:33 Oxunub 2221
Alimlər araşdırdılar: İnsan ölərkən nələri düşünür?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dünyanı tezliklə tərk edəcəklərini anlayan insanların əksəriyyəti həyata keçməyən imkanları barədə təəssüf hiss keçirirlər

Britaniyalı fizioloq və psixoloqlar ölümün astanasında olan insanların psixoloji vəziyyətini araşdırıblar. Analizlər zamanı məlum olub ki, bu dünyanı tezliklə tərk edəcəklərini anlayan insanların əksəriyyəti həyata keçməyən imkanları barədə təəssüf hiss keçirirlər. Bunlar ticari xarakteri düşüncələr deyil. Ölüm qabağı insanın gözü qarşısında keçmədiyi yollar açılır, hansı ki,  ruhunu zənginləşdirə, sevdiklərinə, əzizlərinə xoşbəxtlik bəxş edə, insanlara yardıma imkan verə, müqaibilində səmimi məhəbbət  və minnətdarlıq qazandıra bilərdi.

 

Siyahıda ikinci yerdə insanın maddi mənfəət qazanmağı qarşısına məqsəd qoyduğu həyatında, özünü inkişaf etdirməməsindən və varlığının dərkinə çalışmamasından təəssüf hissi durur. Məlum olur ki, maddi rifah naminə gündəlik gərgin işi  bütün gücü insanın əlindən alır və  ümumi rifahı reallaşdırmağa imkan vermir.

Ölümün astanasında olan insanlar həmçinin həyatlarına maraq qatacaq ideyalarını həyata keçirməyə cəsarətinin olmamasından peşmançılıq hissi keçiriblər.

http://faktxeber.com/resimler/images/659A2329-1.jpg

Təəssüf ki, insan həyatda qaralamadan istifadə etmək imkanına malik deyil... (faktxeber.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh