*5000 taksi şirkəti sərnişini ölümlə üz-üzə qoydu - ŞİKAYƏT

Xəbərlər 1 Mart 2018 09:11 Oxunub 2959
*5000 taksi şirkəti sərnişini ölümlə üz-üzə qoydu - ŞİKAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hadisəni araşdırıb mənə nə şifahi, nə də yazılı məlumat verilməyib”

İstifadə etdiyi taksidə qəza şəraitinə düşən vətəndaş Gülnar Rəsulova şirkətdən narazıdır. Avtosfer.az bu barədə məlumat verən şikayətçi bildirib ki, artıq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə də bu barədə şikayət məktubu ünvanlayıb. “26.02.2018-ci il tarixdə *5000 taksi sifarişi xidmətindən taksi sifariş etdim. Axşam saat 18.05 radələrində şirkət tərəfindən 90PK326 nömrəli “DongFenq” markalı avtomobil məni Nizami rayon A.Manafov 1 ünvandan götürdü. Sürücü Mehdi Abbasov küçəsindən üzü Mikayıl Əliyev istiqamətində hərəkətdə olduğu zaman dairəvi yola daxil olaraq sağda hərəkətdə olan kamaz markalı nəqliyyat vasitəsitəsinin yoluna çıxdı və kobud şəkildə qəza şərəiti yaratdı. Biz son anda təhlükədən xilas ola bildik.”

Bu hadisədən dərin sarsıntı keçirdiyini bildirən vətəndaş növbəti gün şirkətə müraciət edərək iradını bildirib.  “*5000 taksi sifarişinə iradımı bildirdim. Ancaq şirkət rəhbərliyi bu hadisəni araşdırıb mənə nə şifahi, nə də yazılı məlumat verməyib.”

Vətəndaş gələcəkdə bu kimi halların baş verməməsi üçün bu məsələnin qanun çərçivəsində araşdırılmasını tələb edir. 

 Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh