Ucuz və keyfiyyətsiz qulaqlıqlar təhlükə saçır - VİDEO

Yazarlar 1 Mart 2018 09:23 Oxunub 1341
Ucuz və keyfiyyətsiz qulaqlıqlar təhlükə saçır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cihazlar hətta ölümə də səbəb ola bilər

Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqlıqları var. Mütəxəsislər isə belə qulaqlıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqlıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər. Həkimin sözlərinə görə, bu cihazlar hətta ölümə də səbəb ola bilər.

 

Sakinlər də bu qulaqcıqların zərərli olduğunu bildirklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər. Həkimlər bildirirlər ki, qulaqlıqlar yumuşaq materialdan olmalıdır. Sərt materialdan hazırlanan ucuz qiymətə olaN bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur. (“Xəzərxəbər”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh