Piyada keçidi var, amma keçən yoxdur – VİDEO

Yazarlar 1 Mart 2018 09:44 Oxunub 2460
Piyada keçidi var, amma keçən yoxdur – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəziləri isə ümumiyyətlə yeralti piyada küçidindən xəbərsiz olduğunu deyir

Paytaxtın mərkəzində, qış parkının yaxınlığında bir neçə piyada keçidi olsa da, ondan istifadə edənlər azdır. Piyadaların çoxu yolun hərəkət hissəsindən keçməyə üstünlük verir. Bəzən isə bunu çox gülməli bəhanələrlə izah edirlər. 

Təxminən 20 metr məsafədə piyada keçidi var, ancaq nə qədər gülməli olsa da, piyadalar bunun uzaq olduğunu əsas gətirərək yolun hərəkət hissəsindən keçirlər. Bəziləri isə ümumiyyətlə yeralti piyada küçidindən xəbərsiz olduğunu deyir.

Beləliklə yolun hərəkət hissəsindən keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Bura paytaxtın Nəsimi rayonu, Nizami küçəsində yerləşən Qış parkının yaxınlığıdır. Parkın ərazisinə keçmək üçün yol boyu bir neçə yeraltı piyada keçidi tikilib. Ancaq çəkiliş zamanı piyadaların bir çoxunun keçiddən yox avtomobillərin hərəkət etdiyi 4 zolaqlı yoldan keçdiyini müşahidə etdik.

Bəzi piyadalar isə piyada keçidində quraşdırlan eskalatorların işləməməsi səbəbindən bu addımı atdıqlarını deyirlər.

Bakı şəhər Dövlət yol polisi idarəsinin bolmə rəisi Vaqif Əsədov bildidirdi ki, təkcə bu ay ərzində həmin ərazidə 800-dən çox piyada yeraltı keçiddən istifadə etmədiklərinə görə cərimələnib. Qeyd edək ki, paytaxt ərazisində piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 60 faizi məhz piyadaların nəzərdə tutulmayan yerlərdən keçidyinə görə baş verir. Piyada zolaqlarından və keçidlərindən keçməməyə görə piyadalar 20 manat miqdarında cərimə olunur. (“Xəzərxəbər”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh