Avtosfer-də videosu yayılan sürücülərin üçü də cərimələndi - FOTO

Avtoreyd 1 Mart 2018 10:44 Oxunub 2259
Avtosfer-də videosu yayılan sürücülərin üçü də cərimələndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosfer.az tol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai reydlərini davam etdirir

Paytaxtda yol hərəkəti qaydasını pozarkən fotosu və videoları qeydə alınaraq Avtosfer.az saytına yerləşdirilən üç sürücü barəsində Bakı Şəhər Dövlət Yol Polisi idarəsi inzibati məsuliyyət tədbiri görüb.

99-XT-628 dövlət qeydiyyat nişanlı, 94 nömrəli yararsız sərnişin avtobusu ətraf mühiti, sərnişinlər və piyadaları zəhərləyərkən, 

90-VB-363 qeydiyyat nişanlı,39 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobus Məhəmməd Xiyabani-Şərifzadə küçəsi kəsişməsində qarşı yola çıxaraq svetoforun qırmızı işığında hərəkət edərkən,

10-PZ-515 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü avtomobili səkidə park etdiyinə görə məsuliyyətə cəlb edilərək barələrində protokol tərtib edilib. 

Avtosfer.az Yol Polisi ilə birgə əməkdaşlığını və hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai reydlərini davam etdirir. Sürücüləri intizamlamı olmağa və qaydaları pozmamağa çalışır.

Tərtib edilmiş protokolları sizə təqdi  edirik.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh