Velosipeddən yıxılan musiqiçidən pis xəbər

Gündəm 3 Yanvar 2015 19:22 Oxunub 1294
Velosipeddən yıxılan musiqiçidən pis xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İralandiyalı Bonio bir daha gitara çalmaya bilər

İralandiyalı məşhur musiqiçi U2 qrupunun solisti Bono bir daha gitara çalmaya bilər. Anspress-in məlumatına görə, ifaçı noyabr ayında velosipeddən yıxılaraq qolunu 6 yerdən qırmışdı. Bono qorxunc qəzadan sonra rahat hərəkət etməkdə çətinlik çəkdiyini deyib. Lakin bununla belə U2-nin 2015-ci il turnesində sağalmaq üçün əlindən gələni edəcəyini qeyd edib. 54 yaşlı müğənninin qəza nəticəsində qolu ilə yanaşı, kürək sümüyü və göz çuxuru da çatlamışdı. "Bərpa müddəti təxmin etdiyimdən daha çətin keçir. Bir daha gitara çalıb çala bilməyəcəyimi belə bilmirəm. Artıq dirsəyimdə titan var. Vaxtımı mahnı zümzümə edərək keçirirəm". Boni bu ilin birinci yarısında olan bütün tədbiri təxirə salmalı olub. 

Qeyd edək ki, U2 solisti yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn başqa velosipedlə toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh