Hava isinir

Gündəm 3 Yanvar 2015 19:25 Oxunub 1203
Hava isinir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabah Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək

Yanvarın 4-də Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh