Rusiyanın yeni raketi: Putin göz dağı verdi - VİDEO

Texnologiya 1 Mart 2018 18:45 Oxunub 1730
Rusiyanın yeni raketi: Putin göz dağı verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dünyada bənzəri yoxdur"

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Şuraya müraciət edib. Rusiya dövlət başçısı çıxışında Rusiyanın istehsalı olan yeni silahlardan, raketlərdən daha çox bəhs edib. Hətta o qanaqlı və strateji raketin buraxılışını da nümayiş etdirib.

O, bildirib ki, 2017-ci ilin sonunda Mərkəzi poliqonda yeni Rusiya istehsalı olan nüvə enerjisi qurğusu qanadlı raketinin uğurlu sınağı həyata keçirilib. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin edib.

"Raketin havaya buraxılması və yerüstü bəzi sınaqlar yeni tip silahlanma - raketli nüvə silahlı strateji kompleks üzərində işə başlamağa imkan verir.

Dünyada hələ bunun bənzəri yoxdur", deyə o salondakı monitorda təqdim edilən raket kompleksindən danışarkən bildirib. 

Bundan başqa Putin bildirib ki, artıq onlar yeni raket kompleksininin kütləvi istehsalına başlayıb. Yeni raket sistemi hipersəs sürətinə malikdir. Artıq hipersəsli aviasiya silahları  ölkənin cənubundakı hərbi hissələrə yerləşdirilib.

Bundan başqa o lazer silahı üzərində də iş aparıldığını bildirib. (istipress)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh