Qəzada həmişə sürücü günahkar deyil: sürücülərdən etiraz

Yazarlar 2 Mart 2018 16:20 Oxunub 1341
Qəzada həmişə sürücü günahkar deyil: sürücülərdən etiraz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müraciətə qoşulmaq istəyirsinizsə yazıda göstərilmiş ünvana gəlin

Bir qrup fəal sürücü yollarımızda baş verən piyada vurulması hadisələrinə münasibətdə uzun müddət formalaşmış yanlış stereotiplərin dəyişdirilməsinə yönələn təşəbbüs irəli sürmüşdü. Bu məqsədlə ölkəmizin həmin hadisələri araşdıran və hüquqi qiymət verən yuxarı qurumlarına (Ali Məhkəmə, DİN, Baş Prokurorluq) müraciət hazırladıq. Bu müraciət belə hadisələrin ədalətlə, obyektiv araşdırılmasına, cəmiyyətimizdə, əksər hallarda həm də istintaq və məhkəmələ təcrübəsində formalaşan "Həmişə sürücü günahkardır" düşüncəsinin aradan qaldırilmasına çağırışdır. Bilirik ki, hadisələrin xeylisində sürücülər günahkardır, amma şübhəsiz ki, hamısında yox. Lakin həmin yanlış stereotip bəzən piyada intizamsızlığına rəvac verir, günahsız sürücü isə məhkuma çevrilir. Hər ikisi cəmiyyət üçün itkidir. Bunu dəyişmək lazımdır.

Quru statistika:

- 2016-ci ildə ölkəmizdə qeydə alınmış piyada vurulma hadisələrinin 93 faizində sürücülər, cəmi 7 faizində isə piyadlar təqsirli sayılmışdır.

- yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti mədəniyyətinin səviyyəsi ölkəmizə yaxın, yol hərəkəti iştirakçılarının hüquqi məsuliyyəti məsələsini tənzimləyən qanunvericiliyi isə bizim qanunvericiliklə, demək olar ki, eyni olan Rusiya Federasiyasında isə 2015-2017-cı illərdə qeydə alınmış piyada vurulma hadisələrinin təxminən 54 faizində sürücülər, 42 faizində piyadlar, 4 faiizində isə başqa şəxslər (xüsusən yol-nəqliyyat infrastrukturuna görə məsul şəxslər) təqsiri olub. 

Həmin müraciətə qoşulmaq istəyirsinizsə, buyurun imza üçün bu bu tarixdə bu ünvana gəlin:

2 mart 2018-ci il 18:30 -20:30 GƏNCLİK MALL 3-CÜ MƏRTƏBƏ

 

Ərşad Hüseynov,

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh