“Formula-1” çempionatının Füzuli yarışının qalibi müəyyənləşib

Avtodünya 2 Mart 2018 15:36 Oxunub 1465
“Formula-1” çempionatının Füzuli yarışının qalibi müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında “Sənin sürət formulan” devizi altında keçirilən simulyatorda “Formula 1” çempionatının Füzuli yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib. BŞH-dan “Report”a verilən məlumata görə, regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlərin ilk günü - fevralın 28-də AAF mütəxəssisləri Horadiz şəhərinin 1, 2, 3 saylı və Əhmədalılar kənd tam orta məktəblərindən 200-dək 9 - 11-ci sinif şagirdinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlimlər veriblər. Təlimlərin sonunda məktəblilərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin, eyni gündə simulyatorlar rayon ictimaiyyətinin istifadəsinə açıq olub.

Martın 1-də isə təlimlərdə iştirak edən yuxarı sinif şagirdləri arasında simulyatorda “Formula 1” yarışı keçirilib. Yarış zamanı BŞH-ni 1 dəqiqə 50 saniyəyə dövrə vuran şəhər 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi H.Eyvazov bu göstərici ilə iştirakçılar arasında ən sürətli nəticə göstərərək, çempionatın Füzuli yarışının qalibi olub.

Qeyd edək ki, çempionat çərçivəsində ümumilikdə 6 regionda yarış keçiriləcək. İndiyədək Lənkəran, Şirvan və Füzulidə müvafiq yarışlar baş tutub. Növbəti yarışlar isə ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.

Simulyatorları daşıyan treyler martın 3-də Mingəçevirdə olacaq və həmin gün simulyatorlar şəhər sakinlərinin istifadəsinə veriləcək. Bununla yanaşı, şəhər məktəblərinin yuxarı sinif şagirdlərinə yol hərəkətinin təhlükəsizliyinə dair təlimlər keçiriləcək. Martın 4-də isə bu təlimdə iştirak etmiş məktəblilər arasında simulyatorda “Formula 1” yarışı baş tutacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh