Bakıda da polislərə silahlı hücum edildi - Sürücü qaçmaq üçün 2 polis maşınını əzdi

Yol polisi 3 Mart 2018 18:35 Oxunub 4744
Bakıda da polislərə silahlı hücum edildi - Sürücü qaçmaq üçün 2 polis maşınını əzdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ondan 1 ədəd tapança, avtomobildən isə 3 ədəd bıçaq və heroin aşkar edilərək götürülüb

Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh