Aeroportda robot polislər xidmət edəcək - FOTOLAR

Avtosfer Foto 4 Mart 2018 01:03 Oxunub 2546
Aeroportda robot polislər xidmət edəcək - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sınaqdan keçirilmiş ilk robot gələnlər sektorunda işləməyə başlayacaq

Yaxın vaxtlarda Dubay hava limanında şübhəli insanlara nəzarət edən və onların davranışı barədə məlumat vermək qabiliyyətinə malik robot əlçatan olacaq. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, artıq Dubay gömrüyü tərəfindən sınaqdan keçirilmiş ilk belə robot gələnlər sektorunda işləməyə başlayacaq. Dubay gömrüyündə İnnovasiyalar mərkəzinin mütəxəssisi Xalid əl-Zəruni bildirib ki, layihə hava limanında pilot mərhələdən keçib. Onun sözlərinə görə, sözügedən robot insan sifətini tanıya biləcək, həmçinin rentgen skanetmə və istilik görmə qabiliyyətinə malik olacaq. İstənilən şübhəli davranış haqda informasiyanı toplayan robot onu xüsusi mərkəzə ötürəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh