Azyaşlilar ilk dəfə vəsiqə aldılar - FOTO

Avtoxəbər 4 Mart 2018 02:35 Oxunub 1284
Azyaşlilar ilk dəfə vəsiqə aldılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə tədbirlər mütəmadi olaraq davam etdirilir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər Quba RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, növbəti belə tədbir Quba rayonu Vəlvələ İnzibati Ərazi Vahidliyində baş tutub. Bu zaman Bərqov, İsnovqışlaq, Gədikqışlaq və digər ətraf kəndlər də daxil olmaqla, ümumilikdə 144 nəfərin sənədləri qəbul edilib. Onlardan 19-u ilk dəfə şəxsiyyət vəsiqələrini alan yeniyetmələrdir.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

 

Nizam Həmidov,

polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh