Bakıda kişi müğənni kobud qayda pozdu – Qadın sürücü VİDEO yaydı

Xəbərlər 5 Mart 2018 10:45 Oxunub 9621
Bakıda kişi müğənni kobud qayda pozdu – Qadın sürücü VİDEO yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdar artıst yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb

Azərbaycanın əməkdar artisti, populyar müğənni Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb. Onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkərək Avtosfer.az saytına göndərib. Avtosfer.az xəbər verir ki, müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh