Metroda dözülməz basabas: niyə xəbərdarlıq edilmədi?

Yazarlar 5 Mart 2018 10:46 Oxunub 1709
Metroda dözülməz basabas: niyə xəbərdarlıq edilmədi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Metroya girənləri tamamilə saxlamaq, qadağan etmək mümkün deyil”

Bu gün səhər saatlarında metroda baş verən texniki nasazlıq səbəbindən qatarların tuneldə və stansiyalarda dəqiqələrlə gözləməsi, intervalın həddən artıq böyüməsi nəticəsində yaranan dözülməz sıxlıq ciddi narazılıq yaradıb. Belə fövqəladə hallarda sərnişinləri metroya girmədən xəbərdar etməklə vəziyyəti yüngülləşdirmək mümkündürmü?

Bakı Metrolpoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az açıqlamasında bildirib ki, Metropolitendə baş verən bu cür hallar metroya girişin məhdudlaşdırılması üçün əsas sayıla bilməz.

N.Paşayevin sözlərinə görə, bu cür texniki nazaslıq səbəbindən yaranmış problemlər zamanı stansiyalarda sıxlığın qarşısını almaq üçün müəyyən xəbərdarlıqlar edilir:

“Metroya girənləri tamamilə saxlamaq, qadağan etmək mümkün deyil. Ancaq müəyyən vasitələrlə sıxlığın qarşısını almaq üçün xədərdarlıqlar edilir. Hadisə baş verən kimi mən sosial şəbəkədə məlumat yaydım və oxucuları məlumatlandırdım”.

N.Paşayev həmçinin bildirib ki, artıq problem aradan qalxıb və qatarların intensiv hərəkəti təmin olunub.

Qeyd edək ki, “Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib. Bu səbəbdən qatarlar bəzi stansiyalarda hətta 20 dəqiqəyə qədər gözləməli olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh