“Tələsirəm” – 100 metr məsafəyə görə ölümə gedən piyadalar – VİDEO

Yazarlar 5 Mart 2018 13:23 Oxunub 1395
“Tələsirəm” – 100 metr məsafəyə görə ölümə gedən piyadalar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bəs siz necə, özünüzü düşünmürsünüz?”

Statistik rəqəmlərə görə, ötən il piyadaların vurulması ilə bağlı hadisələr ümumi qəzaların 51 faizini təşkil edir. ARB Şəki xəbər verir ki, bunlarında böyük bir qismi piyadaların öz günahı ucbatında baş verib. BDYPİ-nin şöbə rəisi Kamran Əliyev deyir ki, “2017-ci ildə piyadaların iştirakı ilə 938 yol qəzası baş verib. Nəticədə isə 359 nəfər dünyasını dəyişib, 643 nəfər isə yaralanıb”.

100 metr məsafəyə görə, risk etməyə dəyərmi suyalına isə piyadanın cavabı belə olub: “Bəli, dəyər. Çünki tələsirəm”.

Qurum rəsmisi təbliğat və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, istər böyüklər, istərsə də kiçiklər öz təhlükəsizliyini qorumaq istəmir. Kamran Əliyev BDYPİ-nin rəsmisi: “Piyadaların vurulması ilə bağlı ən çox hadisə paytaxtın paıyan düşür. Belə ki, 2017-ci ildə paytaxtda baş verən yol nəqliyyat hadisələrinin 445-i piyada vurulmasıdır. Nəticədə 154 nəfər ölüb, 311 nəfər isə xəsarət alıb. Hadisələrin 400-ə yaxını piyada keçidlərinə yaxın ərazilərdə qeydə alınıb”.

Ekperlərin fikrincə, kifayət qədər cərimələr tətbiq olunsa da, əksər vətəndaşlar buna məhəl qoymur.

Ərşad Hüseynov Ekpert: “Piyadalar bəzən maşınların ona yol verməli olduğunu düşünür. Amma bu anlayışda yalnışdır. Çünki hərəkət iştirakçısı olan piyadaların məsluliyyət nəqliyyat vasitələri sahibləri qədər böyükdür. Dövlət büdcəsi hesabına kifayət qədər vəsait xərclənən yeraltı və yerüstü keçidlər əbəs yerə salınmayıb. Bu sizi düşünülərək edilib. Bəs siz necə, özünüzü düşünmürsünüz?”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh