Bu küçədə sərnişinlərin həyatı təhlükədədir - Əcaib yol - FOTO

Yazarlar 5 Mart 2018 13:48 Oxunub 1421
Bu küçədə sərnişinlərin həyatı təhlükədədir - Əcaib yol - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir”

Yeni Yasamalda avtobusların dayanacaq olmayan yerdə saxladıqlarını əks etdirən foto yayımlanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin yolda hərəkət edən 193 və 211 nömrəli avtobusları gözləyən sərnişinlər ensiz betonun üzərində dayanaraq həyatlarını təhlükəyə atırlar. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirərək bildirib: “Göründüyü kimi, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Biz 211 və 193 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara dəfələrlə xəbərdarlıq eləmişik ki, avtobuslar həmin ərazidə saxlamasınlar. Lakin bir məsələ var o ərazidə yaşayan sakinlər hər dəfə sürücünü orda saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Yəni orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir. Avtobusun orda dayanmasına etiraz edəndə yenə sərnişinlərdir”.

Qeyd edək ki, bu barədə məlumatı tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə yayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh