Azərbaycanda Bilik Fondu yaradıldı

Gündəm 7 May 2014 18:23 Oxunub 1604
Azərbaycanda Bilik Fondu yaradıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fərmana əsasəN, “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilməlidir. Fondun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilib. Nazirlər Kabineti Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməli, Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Prezidentinə məlumat verməli, Fondun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir. Ədliyyə Nazirliyinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh