“Elat” MMC sürücünü görün, nə həddə çatdırdı… – DƏHŞƏT

Xəbərlər 5 Mart 2018 14:57 Oxunub 1755
“Elat” MMC sürücünü görün, nə həddə çatdırdı… – DƏHŞƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı

Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun Ölkə.az-a verdiyi açıqlamayada deylir: “Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh