Azərbaycanda yeni avtomobil zavodu tikilir

Avtoxəbər 5 Mart 2018 15:33 Oxunub 1646
Azərbaycanda yeni avtomobil zavodu tikilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Zavodda yüngül, eləcə də, yük avtomobillərinin yığılması planlaşdırılır”

Hacıqabul sənaye zonasında avtomobil zavodu tikiləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Rövşən Nəcəf deyib. Onun sözlərinə görə, bu istiqamətdə xarici investorlarla artıq danışıqlar aparılır. İcraçı direktor bildirib ki, zavodda yüngül, eləcə də, yük avtomobillərinin yığılması planlaşdırılır. Qeyd edək ki, bu ilin ilk rübündə Neftçala sənaye zonasında avtomobil zavodu açılacaq. Avtomobil zavodunun İranın "İran Khodro" və Azərbaycanın "Azeurocar" şirkətləri arasında bağlanan müqavilə əsasında tikildiyi barədə rəsmi məlumat yayılmışdı. İran Prezidenti Həsən Ruhaninin bu ilin ilk yarısında ölkəmizə səfəri zamanı sözügedən avtomobil zavodunu ziyarət edəcəyi də gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh