Savaş meydanında bir ilk - VİDEO

Texnologiya 5 Mart 2018 18:46 Oxunub 1629
Savaş meydanında bir ilk - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tankları 360 dərəcə qoruyan sistem işə düşür

Türk tanklarını savaş meydanında xüsusi sistem qoruyacaq. Tankları 360 dərəcəlik tam qoruma ilə təmin ediləcək. Müdafiə Sənayesi üzrə məsləhətçi İsmayıl Dəmir bu barədə məlumat verib. Onun sözlərinə görə, çoxdan gözlənilən "Akkor Pulat" adlı fəal qoruma sistemi atış sınaqlarından uğurla keçib. Yaxın günlərdə o, Türkiyənn Afrində keçiridiyi "Zeytun budağı" əməliyyatında istifadə edilən tanklara inteqrasiya ediləcək. Bu barədə məsləhətçi "Twitter" səhifəsində açıqlama verib. "Qısa zamanda tanklarımızın təhciz ediləcəyi bu sistem dünyada ilk dəfə olaraq savaş meydanında istifadə edilən fəal qoruma sistemi olacaq".  Sistem ASELSAN və TÜBİTAK tərəfindən hazırlanıb.

"Altay" tankı üçün yaxınlaşan tank əleyhinə raketləri müəyyən edərək havada zərərsizləşdirən "Akkor" üzərində çalışan ASELAN, tank və zirehli maşınları qorumaq üçün "Pulat" adlı yeni müdafiə sistemi üzərində də işə uzun müddət öncə başlamışdı.

"Pulat" istər yaxın, istərsə də uzaq məsafədən atılan raketlərə qarşı 360 dərəcəlik müdafiə qalxanı yaradır. Platforma üzərində yerləşdirilən müdafiə modulları sayəsində bir çox təhdidə qarşı anında reaksiya verə bilir. Sahib olduğu yüksək texnoloji radar ilə platformaya qarşı riskləri tapır, daha sonra “fiziki məhv"(Hard-Kill) bacarığı sayəsində onlar platformaya çırpılmamışdan öncə müəyyən zaman və məsafədə zərərsizləşdirir. (istipress)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh