Azneft meydanında yol polisi kameraya belə düşdü – VİDEO

Yol polisi 5 Mart 2018 20:42 Oxunub 3923
Azneft meydanında yol polisi kameraya belə düşdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər digər avtomobildəki kameraya düşüb

Martın 3-də paytaxtın Neftçilər prospektində avtomobili nasaz vəziyyətdə olan sürücüyə Bakı Şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının əməkdaşı köməklik göstərib. Görüntülər digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, nasaz vəziyyətdə yolun hərəkət hissəsində qalan avtomobili yoldan kənara çıxarmaq üçün YPX əməkdaşı təhlükəsizlik tədbiri görərək arxadan gələn avtomobillərin hərəkətini dayandırıb və nasaz avtomobili itələyərək təhlükəsizlik adacığına çıxarıb.

Həmin YPX əməkdaşı polis-serjantı Rauf Orucovdur. O, Bakı Şəhər DYP idarəsinin Müşayət Eskort Bölüyündə xidmət edir.

Avtosfer.az adından həmin əməkdaşa öz təşəkkürümüzü bildiririk.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh