Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb

Yarışma 5 Mart 2018 16:59 Oxunub 1659
Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ən yaxşı mənzərə" nominasiyasında maraqlı və dramatik Bakı yarışı qalib gəlib

Formula 1 Azərbaycan Qran Prisi Formula "Oskar"ına layiq görülüb. Trend-in məlumatına görə, "Oskar" kino mükafatı tarixində 90-cı illərdən Formula 1 paralel olaraq sosial şəbəkələrdə bir sıra nominasiyalar üzrə qaliblərin mükafatlandırılması mərasimini keçirir. "Ən yaxşı mənzərə" nominasiyasında maraqlı və dramatik Bakı yarışı qalib gəlib. Formula 1-in rəsmi "Twitter" səhifəsi bunu belə şərh edib: "Əsrin futurist trilleri". 2017-ci ildə ən yaxşı vizual effektlərə görə mükafatı Sinqapur Qran Prisi qazanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh