Bu küçədə tıxac nə vaxt bitəcək? - Rəsmi cavab

Yazarlar 5 Mart 2018 22:00 Oxunub 1398
Bu küçədə tıxac nə vaxt bitəcək? - Rəsmi cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda küçədə əsaslı təmir işləri aparılır”

Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində təmir işləri davam etdirilir. Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, hazırda küçədə əsaslı təmir işləri aparılır: "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığından "Əhmədli" metrostansiyası istiqamətinə olan yolda, yəni M.Hadi küçəsində təmir işləri 1 ay müddətinə yekunlaşacaq. Yolda kommunikasiya xətləri də dəyişdirilir, yol yüksək keyfiyyətlə təmir olunur".

A.Nəcəfli bildirib ki, Məhəmməd Hadi küçəsinin sözügedən hissəsi istifadəyə veriləndən sonra "Əhmədli" metrostansiyasından Ukrayna dairəsinə qədər olan hissəsi, daha sonra Ukrayna dairəsindən metronun "Həzi Aslanov" stansiyasına qədər olan hissələri yenidən qurulacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh