Bakıda antikvar avtomobil satılır - Dünyada 32 ədəd buraxılıb - VİDEO

Avtodünya 5 Mart 2018 22:07 Oxunub 3382
Bakıda antikvar avtomobil satılır - Dünyada 32 ədəd buraxılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir

Bakıda dünyada nadir rast gəlinən antikvar avtomobil satılır. Avtosfer.az-ın məlumatına görə, avtmobil görənlərin marağına səbəb olur. Avtomobilin sahibi Azər Abdullayev deyir ki, 1931-ci ildə istehsal edilmiş avtomobil 4 qapılıdır. Dünyada cəmi 32 ədəd buraxılmış bu avtomobilin 24-ü 2 qapılı, 8 isə 4 qapılıdır. Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir.

Azər Abdullayev deyir ki, maşının orijinallığını qorumağa çalışıb. Onu da cəlbedici göstərən də məhz budur. Avtomobil sahibinin sözlərinə görə, əvvələr maşını satması üçün ona xeyli pul təklif olunsa da, razılaşmayıb. Amma hazırda şərtlər dəyişib.

Avtomobilə maraq o qədər çoxdur ki, yoldan keçənlər onu qısa müddətə də olsa sürmək istəyirlər. Sahibi isə bunun qarşısını almaq üçün onun akkumulyatorunu çıxarıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh