Yük maşınının sürücüsü yolda təhlükəli anlar yaratdı - VİDEO

Avtoreyd 5 Mart 2018 22:16 Oxunub 1736
Yük maşınının sürücüsü yolda təhlükəli anlar yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır tonnajlı avtomobilin sürücü yol boyu belə təhlükəli manevrləri davam etdirib

Yağışlı havada yüksək sürətlə hərəkət edən ağır tonnajlı yük maşını ard-arda qaydaları pozur. Üstəlik, sürücü yerdə olan 1.1 bütöv nişanlanma xətti, yəni ötməni qadağan edən düz xəttə də məhəl qoymur və sərt döngələrdə digər yük maşınlarını ötür. O, bu hərəkəti ilə həm öz, həm də digərlərinin həyatını təhlükə altına atır. Avtosfer.az-ın məlumatına görə, görüntülər bu gün səhər saatlarında biri gediş, biri gəliş olmaqla 2 zolaqdan ibarət olan Şəki-Yevlax yolunda lentə alınıb. Hadisə şahidinin sözlərinə görə, 99 ZB 428 dövlət qeydiyyat nişanlı ağır tonnajlı avtomobilin sürücü yol boyu belə təhlükəli manevrləri davam etdirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, 1.1 nişanlama xəttinin tələbinin pozulmasına görə sürücü 3 bal və 60 manat məbləğində, əks zolağa çıxmaqla qarşıdan gələnlərinin hərəkətinə mane olmağına görə isə 4 bal və 100 manat məbləğində cərimələnə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh