Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Qaydalar 5 Mart 2018 22:25 Oxunub 1397
Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb

Qax rayonunda ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb. Belə ki, "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağirdir.

***

Hadisə zamanı Qax rayon Əlibəyli kənd sakinləri: 36 yaşlı Dukaşvili Gita Boris qızı, 41 yaşlı Andiraşvili Laşa Kristian oğlu, 27 yaşlı Barixaşvili Georgi Nodar oğlu, 38 yaşlı Emiraşvili Naia Valika qızı və 4 yaşlı Emiraşvili Nikolas Slava oğlu xəsarət alıblar. Yaralıların hamısı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. 20 yaşlı Şioşvili Laşa Aludeyeviçin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh