Naxçıvanda Orta İxtisas Polis Məktəbi yaradıldı - Fərman verildi

Yol polisi 5 Mart 2018 23:49 Oxunub 2126
Naxçıvanda Orta İxtisas Polis Məktəbi yaradıldı - Fərman verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinə Məktəbin fəaliyyətinin təmin olunması üçün tapşıq verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb.

“Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək tapşırılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh