Yüksək sürətlə hərəkət edən "Mercedes" qəza törədib, yaralı var - VİDEO

Avtosfer Foto 6 Mart 2018 11:49 Oxunub 1877
Yüksək sürətlə hərəkət edən "Mercedes" qəza törədib, yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər cərimə meydançasına yerləşdirilib

Bakıda avtomobil qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. Ramana qəsəbəsi Şuşa şəhərciyində yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan "VAZ-21015" markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin gücündən "VAZ" aşıb. "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza ilə əlaqədar hadisə yerinə polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh